
Biz memarlıq ideyalarını texniki cəhətdən əsaslandırılmış, mühəndis normalarına tam uyğun icra sənədləri paketinə çeviririk. Hədəfimiz konstruktiv dayanıqlığı təmin etməklə yanaşı, tikinti xərclərinin mühəndis optimallaşdırılması və texnoloji ardıcıllığın qorunmasıdır.
Bina və qurğuların yükdaşıyıcı elementlərinin (bünövrə, karkas, örtük) statik və dinamik hesabatları əsasında işçi layihələrin hazırlanması.
Daxili və xarici mühəndis sistemlərinin (HVAC, elektrik, VK, yanğın təhlükəsizliyi) beynəlxalq standartlara uyğun dəqiq hesablanması və koordinasiyası.
Tikinti-quraşdırma işləri üçün tələb olunan bütün detallı çertyojların, spesifikasiyaların və materialların miqdar hesabatlarının hazırlanması.
Təhlükəsizlik faktorunu qorumaqla, material sərfinin və texniki həllərin iqtisadi cəhətdən səmərəli formaya salınması.