Texniki Layihə və Mühəndislik

Proserv Construction - Haqqımızda

Texniki Layihə və Mühəndislik

Hər ölçü, hər hesab tam planlıdır

Biz memarlıq ideyalarını texniki cəhətdən əsaslandırılmış, mühəndis normalarına tam uyğun icra sənədləri paketinə çeviririk. Hədəfimiz konstruktiv dayanıqlığı təmin etməklə yanaşı, tikinti xərclərinin mühəndis optimallaşdırılması və texnoloji ardıcıllığın qorunmasıdır.

Nə təklif edirik?

Konstruktiv Həllər

Bina və qurğuların yükdaşıyıcı elementlərinin (bünövrə, karkas, örtük) statik və dinamik hesabatları əsasında işçi layihələrin hazırlanması.

Mühəndis Kommunikasiya Şəbəkələri

Daxili və xarici mühəndis sistemlərinin (HVAC, elektrik, VK, yanğın təhlükəsizliyi) beynəlxalq standartlara uyğun dəqiq hesablanması və koordinasiyası.

İşçi Sənədlər Paketi

Tikinti-quraşdırma işləri üçün tələb olunan bütün detallı çertyojların, spesifikasiyaların və materialların miqdar hesabatlarının hazırlanması.

Layihənin Optimallaşdırılması

Təhlükəsizlik faktorunu qorumaqla, material sərfinin və texniki həllərin iqtisadi cəhətdən səmərəli formaya salınması.

İlkin Konsultasiya Alın

Ətraflı məlumat və fərdi konsultasiya üçün bizimlə əlaqə saxlayın