Memarlıq Layihələndirmə

Proserv Construction - Haqqımızda

Memarlıq Layihələndirmə

Çağdaş Memarlıq Vizyonu ilə Məkanda Estetik Bütövlük

Biz həm yaşayış, həm də kommersiya təyinatlı obyektlər üçün memarlıq və mühəndislik həllərinin tam spektrini təqdim edirik. Fəaliyyətimiz eskiz layihədən başlayaraq, mürəkkəb statik hesablamaları və detallı işçi layihələri əhatə edən peşəkar icra zəncirinə əsaslanır. Yanaşmamız sadəcə binaların xarici görünüşü ilə məhdudlaşmır; biz həmçinin fəlsəfəmizin bir parçası olan interyer dizayn həllərini texniki mühəndisliklə vəhdət şəklində qururuq.

Proserv & Co. olaraq, estetik vizyonu yüksək texniki dəqiqliklə birləşdirərək, sifarişçilərimiz üçün yüksək iqtisadi səmərəliliyə malik uzunömürlü strateji aktivlər yaradırıq. Layihələndirmə mərhələsində müəllif nəzarəti mexanizmini tətbiq etməklə, gələcək təmirtikinti proseslərinin hər bir detalını — kommunikasiya xətlərindən konstruktiv düyünlərə qədər — əvvəlcədən optimallaşdırırıq. Bu inteqrasiya olunmuş model sayəsində müasir standartlara və texniki mükəmməlliyə əsaslanan, funksional və dayanıqlı məkanların inşasına təminat veririk.

Nə təklif edirik?

Eskiz Layihə

Memarlıq Konsepti və Vizualizasiya

Layihənin funksional tələbləri əsasında ilkin memarlıq konsepti hazırlanır: plan qərarlarıı, fasad həlləri və 3D vizualizasiya. Bu mərhələdə layihənin ümumi görünüşü və məntiqi formalaşır

İşçi Layihə

Detallı cizgilər və Tətbiq sxemləri

Layihənin dəqiq icrası üçün tam sənədlər paketi hazırlanır: plan, kəsik, fasad, qovşaq detalları və spesifikasiyalar. Bu mərhələdə hər texniki detal işlənir və tikintinin fasiləsiz aparılması təmin edilir

Statik Layihə

Konstruktiv Hesablamalar

Bünövrə, daşıyıcı sistem, döşəmə və örtük elementlərinin normalara uyğun hesablanması. Yük təhlili, materialların seçimi və konstruksiyanın dayanıqlığı bu mərhələdə tam təmin edilir

Mühəndis Sistemləri

Elektrik, Su, HVAC layihələri

Elektrik təchizatı, su təchizatı və kanalizasiya, havalandırma, kondisaner və isitmə sistemlərinin kompleks layihələndirilməsi. Bütün sistemlər vahid layihə daxilində koordinasiya olunur

İlkin Konsultasiya Alın

Ətraflı məlumat və fərdi konsultasiya üçün bizimlə əlaqə saxlayın