Tikinti və İnşaat

Proserv Construction - Haqqımızda

Tikinti və İnşaat

Mühəndislik Standartları və tam İnteqrasiya olunmuş Tikinti Həlləri

Proserv & Co. olaraq biz, binaların və müxtəlif təyinatlı obyektlərin tikinti və inşaat işlərini mühəndislik standartları çərçivəsində, təməldən açar təhvilə qədər icra edirik. Fəaliyyətimizin əsasını peşəkar memarlıq layihə və mühəndislik hesablamaları təşkil edir ki, bu da tikililərin həm seysmik dayanıqlığını, həm də funksionallığını təmin edir. Hər bir layihəyə fərdi yanaşaraq, müasir interyer dizayn həlləri ilə estetik mükəmməlliyi və mühəndis kommunikasiyalarının effektiv inteqrasiyasını həyata keçiririk.

Tikinti prosesi başa çatdıqdan sonra məkanda yüksək keyfiyyətli təmir-tamamlama işlərini texnoloji ardıcıllıqla reallaşdırırıq. Bura fasad sistemlərinin qurulması, daxili bəzək işləri və mühəndis sistemlərinin (HVAC, elektrik, santexnika) montajı daxildir. Biz bütün mərhələlərdə müəllif və texniki nəzarət mexanizmlərini tətbiq edərək, işlərin AzDTN normalarına və layihə tapşırığına tam uyğunluğunu təmin edirik. Peşəkar yanaşmamız sayəsində müştərilərimizə uzunömürlü, təhlükəsiz və premium standartlara cavab verən yaşam və iş məkanları təqdim edirik.

Nə təklif edirik?

Mülki Tikinti

Konstruktiv Möhkəmlik

Mülki tikinti və inşaat xidmətlərimiz binaların təməldən inşasını, həmçinin əsaslı təmir və yenidənqurma işlərini əhatə edir. Bura qazıntı, relyefin planlanması, dəmir-beton konstruksiya və betonlama işləri daxildir. Statik hesablamalara və seysmik qaydalara riayət edərək, inşaat sahəsində möhkəm təməlli və dayanıqlı tikililər qururuq.

Fasad və Eksteryer

Binanın Estetik və Müdafiə qatı

Binanın xarici görünüşünü memarlıq layihəsi və eksteryer dizayna uyğun, tikinti və inşaat normaları ilə icra edirik. Fasad işləri çərçivəsində həm estetik təmir, həm də hidro və termo-izolyasiya sistemlərinin montajını təmin edirik. Eksteryer işləri və fasad üzləmə həllərimizlə binaların uzunmüddətli davamlılığını və keyfiyyətini qoruyuruq

Baş Podratçılıq

Mərkəzləşdirilmiş İdarəolunma

Layihənin mərkəzləşdirilmiş idarəolunması ilə mühəndislik, tikinti, inşaat və əsaslı təmir proseslərini icra edirik. Bura büdcə planlanması, subpodratçıların koordinasiyası və resursların idarə edilməsi daxildir. Bütün mərhələlərdə texniki məsuliyyəti təmin edərək, işlərin AzDTN normalarına tam uyğun və vaxtında icrasını həyata keçiririk

Daxili Tamamlama

Tikinti sonrası Tamamlama

Tikinti sonrası memarlıq layihələndirmə və interyer dizayn əsasında tamamlama işlərini icra edirik. Bura mühəndis sistemlərinin montajı və bəzək işlərinin layihəyə uyğun tətbiqi daxildir. Prosesin hər bir mərhələsində müəllif və texniki nəzarət yüksək keyfiyyəti təmin edir. Texnoloji ardıcıllıqla mülkü tam açar təhvil vəziyyətdə təqdim edirik

İlkin Konsultasiya Alın

Ətraflı məlumat və fərdi konsultasiya üçün bizimlə əlaqə saxlayın