Dizayn və Vizualizasiya

Dizayn və Vizualizasiya - Proserv & Co.

Dizayn və Vizualizasiya

Konseptual yanaşma və rəqəmsal reallıq

Biz sadəcə vizual görüntülər deyil, gələcək layihənizin hər bir detalını özündə birləşdirən tam rəqəmsal modelini yaradırıq. Peşəkar dizayn və vizualizasiya mühəndislikmemarlıq ideyalarının reallığa ən yaxın formasını təqdim edərək, layihənin hər bir mərhələsində qərarvermə prosesini sürətləndirir və gözlənilməz riskləri minimuma endirir.

Yüksək keyfiyyətli renderlər sayəsində tikintitəmir prosesi başlamazdan öncə son nəticəni görmək, rəng palitralarını sınaqdan keçirmək və material seçimlərini vizual olaraq dəqiqləşdirmək imkanı qazanırsınız. Bizim yanaşmamız estetik vahidliklə texniki dəqiqliyi bir araya gətirərək, müəllif nəzarəti altında müştərilərimizə həm funksional, həm də vizual baxımdan qüsursuz həllər təklif edir. Hər bir layihədə işıq, həcm və tekstura balansını qorumaqla, xəyallarınızdakı mütəşəkkil mühiti rəqəmsal dünyada canlandırırıq.

Nə təklif edirik?

İnteryer Dizayn

Məkanın Funksionallığı

Yaşayış və kommersiya sahələrinin daxili planlaması zamanı funksionallıq və üslubun vəhdəti əsas götürülür. Biz hər bir məkana fərdi yanaşaraq, müasir dizayn trendləri ilə rahatlığı birləşdirən eksklüziv həllər hazırlayırıq. Bura rəng konsepti, mebel yerləşimi, işıqlandırma ssenariləri və dekorativ tamamlama işləri daxildir

Eksteryer Dizayn

Tikilinin Siması

Binanın xarici görünüşü həm estetik cəlbediciliyi, həm də ətraf mühitlə harmoniyanı təmin etməlidir. Eksteryer dizayn – Fasad layihələndirilməsi zamanı müasir üzlük materiallarının seçimi, dekorativ işıqlandırma və binanın memarlıq üslubunun vurğulanması ön planda tutulur. Bu xidmət binanıza fərdi görkəm qazandırır

Landşaft Dizayn

Ərazi Planlaması

Tikilinin ətrafındakı sahənin relyefə uyğun peşəkar planlaşdırılması həyata keçirilir. Yaşıl zonaların, istirahət guşələrinin və piyada yollarının dizaynı binanın ümumi memarlığını tamamlayır. Landşaft dizayn həllərimiz ərazidən maksimum səmərəli istifadəni və təbiətlə vəhdət təşkil edən estetik mühitin yaradılmasını təmin edir

3D Vizualizasiya

Rəqəmsal model

Layihənin tikintidən öncəki ən xırda detallarına qədər dəqiq görüntüsünü yaradan yüksək keyfiyyətli 3D renderlər hazırlanır. Bu mərhələ işıq paylanmasının və məkanın həcminin realistik qavranılmasına imkan verir. Vizualizasiya sayəsində müştəri gələcək layihəsini bütün detalları ilə öncədən görmüş olur

İlkin Konsultasiya Alın

Ətraflı məlumat və fərdi konsultasiya üçün bizimlə əlaqə saxlayın

Təcrübənizi fərdiləşdirmək üçün kukilərdən istifadə edirik. Optimal performans üçün kukiləri qəbul edin. Məxfilik Siyasəti